Türkiyədə zəlzələ olub


Dünya 29 Mar 2020 15:08:00 130 0

Türkiyədə zəlzələ olub

Türkiyənin Manisa şəhərində zəlzələ baş verib.

Son.az bildirir ki, Trend-in Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ 4.1 gücündə, episentri isə 7.04 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:56-da Manisanın Akhisar rayonunda qeydə alınıb.

Ölən və xəsarət alanlar, həmçinin dağıntı barədə hələlik məlumat verilməyib.