Fransada keçmiş nazir koronavirusdan öldü


Dünya 29 Mar 2020 13:14:06 138 0

Fransada keçmiş nazir koronavirusdan öldü

Fransada 37 575 nəfər koronavirusa yoluxub, infeksiyadan 2 314 nəfər ölüb.

Patrik Devecyan

Fransanın keçmiş sənaye naziri Patrik Devecyan 75 yaşında koronavirusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli hakimiyyət yayıb.

Bildirilib ki, bir həftə öncə Devecyan “Twitter” səhifəsində koronavirusa yoluxduğunu yazıb. O, ismarıcında həkimlərin yardımı ilə səhhətinin stabilləşdiyini vurğulayıb.

Qeyd edək ki, Fransada 37 575 nəfər koronavirusa yoluxub, infeksiyadan 2 314 nəfər ölüb.

Xatırladaq ki, erməni əsilli Patrik Devecyan 1944-cü il avqustun 26-da Fransanın Fontenblo bölgəsində doğulub. Atası Rolan Devecyan Türkiyənin Sivas bölgəsindən Fransaya miqrasiya edib. Patrik Devecyan 2004-cü il martın 31-dən 2005-ci il myın 31-dək 1 il 1 ay sənaye naziri olub və müxtəlif dövlət vəzifələrində işləyib.