Türkiyədə zəlzələ oldu


Dünya 29 Mar 2020 10:17:27 155 0

Türkiyədə zəlzələ oldu

Manisanın Akhisar rayonunda zəlzələ qeydə alınıb

Türkiyənin Manisa şəhərində 4,1 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi açıqlayıb.

Məlumata görə, yeraltı təkanlar bu gün Bakı vaxtı ilə saat 08:56-da Manisanın Akhisar rayonunda qeydə alınıb.

Zəlzələnin episentri 7,04 km dərinlikdə yerləşib.

Ölən və xəsarət alanların olub-olmaması, həmçinin dağıntı barədə hələlik məlumat verilməyib.