Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9583ə çatıb


Dünya 29 Mar 2020 09:22:00 140 0

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9583ə çatıb

Cənubi Koreyada son 24 saat ərzində 105 yeni koronavirusa (COVID-19) yoluxma hadisəsi qeydə alınıb, 222 nəfər isə sağalıb. 

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeni virusa yoluxmuşların ümumi sayı 9583 nəfərə yüksəlib, 152 nəfər ölüb.

Qeyd edək ki, Cənubi Koreyanın Daequ şəhəri və Qyeonqsanqbuk əyalətinin üç şəhəri xüsusi fəlakət zonaları elan edilib. Bütün məktəblərin və məktəbəqədər müəssisələrin fəaliyyəti aprelin 6-dək təxirə salınıb. Əhalidən evdən çıxmamaq tələb edilir.