Kanadanın baş nazirinin xanımı koronavirusdan sağaldı


Dünya 29 Mar 2020 06:49:32 146 0

Kanadanın baş nazirinin xanımı koronavirusdan sağaldı

Kanadanın baş naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar Tryudonun koronavirusdan müalicəsi müsbət nəticələnib.

Kanadanın baş naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar Tryudonun koronavirusdan müalicəsi müsbət nəticələnib.

“Report” xəbər verir ki, bu barədə baş nazirin xanımı “Facebook”dakı səhifəsində yazıb.

"Mən sizinlə xəbərlər bölüşmək istərdim: mən özümü daha yaxşı hiss edirəm, həkimimdən və Ottavanın Səhiyyə Departamentindən tibbi müayinənin müsbət nəticəsini aldım", - deyə o, “Facebook”da yazıb.

O, hamıya ən sürətli sağalma arzularına görə təşəkkür edib və hazırda koronavirusdan müalicə olunanlara dəstək verib.

Qeyd edək ki, baş nazirin xanımında iki həftə əvvəl koronavirusun əlamətləri aşkarlanıb. Castin Tryudo özündə xəstəlik əlamətlərinin olmamasına baxmayaraq özünü təcrid etmə rejiminə keçməyə və evdən işləməyə qərar verib.