Çində koronavirus xəstələrinin sayı 81,4 min nəfəri ötdü


Dünya 29 Mar 2020 04:22:53 158 0

Çində koronavirus xəstələrinin sayı 81,4 min nəfəri ötdü

Son gün ərzində Çində yeni koronavirla yoluxanların sayı daha 45 nəfər artıb.

Son gün ərzində Çində yeni koronavirusa yoluxanların sayı daha 45 nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, ölkədə virusdan daha 5 nəfər ölüb, 477 xəstə sağalıb.

Bütün ölüm halları Xubey əyalətində qeydə alınıb. Lakin son gün ərzində əyalətdə virusa yeni yoluxma qeydə alınmayıb.

Epidemiyanın bütün müddəti ərzində ölkədə virusa yoluxmanın aşkar edilmiş hallarının sayı 81 439-ə çatıb, 3 300 nəfər COVID-19-dan ölüb.