Günün qoroskopu: xırda xoşagəlməz hadisələrin baş verməsi mümkündür


Digərləri 29 Mar 2020 00:01:00 171 0

Günün qoroskopu: xırda xoşagəlməz hadisələrin baş verməsi mümkündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - qadınların rəhbərliyi altında işləyən Qoçlar çox əziyyət çəkəcəklər. Pul almağınız mümkündür. Onu əsasən ailə ehtiyaclarına və yaxınlarınızdan birinin arzularının gerçəkləşdirilməsinə sərf edəcəksiniz. Planlaşdırmadığınız səfərə gedə bilərsiniz, o, uğurlu alınacaq.

Buğa - gərgin və narahatlıq dolu gündür. Ətrafınızdakıların sizin diqqətinizə ehtiyacı var, onlar sizə öz problemlərini danışır, hansısa layihədə iştiraka dəvət edirlər. Bu səbəbdən də özünüzə vacib olan məsələlərin həllinə vaxt ayıra bilmirsiniz. Bir az hiyləgər olun.

Əkizlər - istənilən görüş, peşəkar və şəxsi xarakterli məsələlərin müzakirəsi üçün əla gündür. Əgər təşbih və təbirlərdən istifadə etməsəniz, kütlə qarşısındakı çıxışınız da əla alına bilər.

Xərçəng - çox məhsuldar gündür, istənilən məsələni həll edə bilərsiniz. İntellektual potensialınız çox yüksəkdir, xeyli maraqlı ideya və cəsarətli plan fikirləşib tapacaqsınız. Tərəfdaş axtarmağınız da uzun çəkməyəcək. Öz ideyalarınızı dilinizə gətirməyiniz kifayətdir ki, xeyli maraqlı təklif alasınız.

Şir - xırda xoşagəlməz hadisələrin baş verməsi mümkündür. Hiss edirsiniz ki, ətrafınızdakı situasiya gərgindir, insanlar anlamadığınız səbəbdən əsəbləşirlər. Şəraitdən baş açmaq cəhdləriniz isə o qədər də uğurlu olmayacaq. Sizin yaxınlarda verdiyiniz qərarlar tənqid olunacaq. Öz nöqteyi-nəzərinizi yenidən gözdən keçirmək, yeni hərəkət planı fikirləşib tapmaq lazım gələcək.

Qız - şərait yaxşıya doğru dəyişəcək. Özünüzü daha sakit və inamlı hiss edəcəksiniz. Yaxınlarınız sizi xoş xəbərlə sevindirəcəklər. Maraqlı təkliflər gözlənilir. Etibarlı insanlarla çalışmağa can atın. Yeni layihəyə başlamaq olar.

Tərəzi - bu gün eyni zamanda bir neçə tendensiyanın təsiri altındasınız, bu səbəbdən də özünüzü dağa-daşa çırpırsınız - hər halda ətrafınızdakılar belə düşünürlər. Bir tərəfdən, rahatlığa olan tələbatınız artır, siz onu əldə etmək üçün gücünüzü əsirgəmirsiniz. Başqa bir tərəfdən isə kiminləsə yarışa girmək həvəsindəsiniz.