Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb


Dünya 28 Mar 2020 21:26:00 146 0

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb

Son sutkada Türkiyədə yeni tip koronavirusdan (COVİD-19) 16 nəfər ölüb, 1 704 yeni yoluxma qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca "Twitter" hesabında məlumat verib.

O bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 402, ölənlərin sayı isə 108 nəfərdir.

Onun sözlərinə görə, bu gün 7 641 nəfər testdən keçirilib.