Rusiya koronavirusa görə dövlət sərhədlərini bağlayacaq


Dünya 28 Mar 2020 20:08:00 127 0

Rusiya koronavirusa görə dövlət sərhədlərini bağlayacaq

Rusiya koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində dövlət sərhədlərini bağlayacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti qərar verib. Qərara əsasən martın 30-dan etibarən ölkənin sərhəd keçid məntəqələri (piyada, avtomobil, dəmiryolu) bağlanacaq.

Məhdudiyyətlər rus diplomatlarına və onların ailələrinə, Rusiya vətəndaşlarına və həmçinin beynəlxalq yükdaşımaları ilə məşğul olan sürücülərə aid edilməyəcək.