Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir


Digərləri 28 Mar 2020 19:00:00 114 0

Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir

Dünya üzrə geniş bir ərazini əhatə edən və minlərlə insanın sağlamlığına zərər vuran Covid-19 virusunun Azərbaycanda yayılmasının qarşısının alınması və insanların sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabinetinin qərarı əsasında Respublika ərazisində bir çox biznes sahələrində qeyri -iş günləri müəyyən edilib.

Azərbaycan Sığortaçılar Assosasiyasından Son.az-a verilən məlumata görə, sığorta şirkətləri bu qərar əsasında ofislərində də fəaliyyətlərini qismən dayandırıb. Məlum olduğu kimi Azərbaycanda sığorta sektorunda 3000 min nəfərdən çox əməkdaş fəaliyyət göstərir. Onların sağlamlıqlarını qorumaq və virusun yayılmasının məhdudlaşdırmaq üçün əməkdaşların ofislərdə fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və rəhbərliyin qərarı əsasında əməkdaşlar öz fəaliyyətinlərinə evlərində, tam rahat və təhlükəsiz şəraitdə davam edə biləcəklər.

Lakin sığorta hadisələrində vətəndaşlara göstərilən xidmətlərdə və fəaliyyətlərdə heç bir dəyişiklik olmayıb. Sığorta şirkətləri tam ştat olaraq vətəndaşlara göstərilən sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsinə çalışır. Təbii ki, təhlükəsizlik qaydalarına əməl etməklə hadisələrin tənzimlənməsi üzrə fəaliyyət göstərən əməkdaşlar hadisə baş verən zaman əvvəlki qaydada olduğu kimi vətəndaşlara kömək edə biləcək.