Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidirlər?


Dünya 28 Mar 2020 18:05:00 151 0

Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidirlər?

Koronavirus epidemiyası dövründə uşaqların digər insanlarla təmasları mümkün qədər məhdudlaşdırılmalı, yoluxma riskini minimuma endirmək üçün onlar evdə qalmalıdırlar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə tövsiyə Rusiyanın "Rospotrebnadzor" qurumunun ("İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət") saytında dərc olunub.

Bildirilir ki, evlərin və evdə olan əşyaların dezinfeksiyasına diqqət yetirilməlidir. Eyni zamanda, otaqların havası mütəmadi olaraq dəyişilməli, gündə ən azı bir dəfə dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənmə aparılmalıdır.

Evə gətirilən məhsulların qablaşdırılmasının da dezinfeksiyasına diqqət yetirilməlidir.

Valideynlərə uşaqların ictimai iaşə obyektlərinə, ticarət, tədris və əyləncə mərkəzlərinə getmələrinin qarşısını almaq tövsiyə olunub.

Həyət və parklardakı uşaq meydançaları da ictimai yerlərdir, bu səbəbdən pandemiya dövründə bu cür yerlərə getməkdən çəkinmək lazımdır.