Erməni professor Rusiyada koronavirusdan öldü


Dünya 28 Mar 2020 17:52:00 111 0

Erməni professor Rusiyada koronavirusdan öldü

Rusiyanın çoxprofilli tibb mərkəzi olan "Novomoskovskiy"də COVİD-19 səbəbindən ölüm faktı qeydə alınıb.

Son.az musavat.com-a istinadən bildirir ki, martın 27-də burada professor-epidemioloq Arpik Asratyan ölüb. 

Seçenov Universitetinin əməkdaşı olmuş 68 yaşlı Asratyan 23 martda evindən xəstəxanaya aparılıbmış. Əvvəlcə onda yüksək temperatur və çətinliklə nəfəs alma müşahidə edilib.

Xəstəxanada ona koronavirus diaqnozu qoyulub. Növbəti xəstəxanaya yerləşdirildikdən bir neçə saat sonra isə ölüm hadisəsi baş verib.