Koronavirisun daha bir ağır fəsadı


Dünya 28 Mar 2020 17:39:00 134 0

Koronavirisun daha bir ağır fəsadı

Müasir təbabətin hələ də tam öyrənə bilmədiyi koronovirusla (COVİD-19) bağlı az qala hər gün yeni xüsusatlar ortaya çıxır. Belə ki, Çin həkimləri ilk dəfə olaraq virusun ən ağır formalarının mədə-bağırsaq sistemində kəskin problemlər yaratdığına dair nəticəyə gəliblər.

Son.az musavat.com-a istinadən bildirir ki, barədə məqalə medRxiv.org elektron kitabxanasında yerləşdirilib.

"Biz ilk dəfə olaraq kritik vəziyyətdə olan koronovirus daşıyıcısında mədə və bağırsağın işində kəskin pozuntular müşahidə etdik. Məlum oldu ki, belə problemlər xəstələrin 86,7%-i üçün xarakterikdir. Özü də ağırlaşmanın dərəcəsi infeksiyanın nə dərəcədə ağır və ya yüngül keçməsindən birbaşa asılıdır", - həkimlər qeyd edib.

Uhan Universitetinin Elm, Texnologiya və Tibb universitetlərindən olan Çin tibb mütəxəssislər belə bir qənaətə kritik durumda olan infeksion xəstələrdə ümumi simptomları öyrənərkən gəliblər. Bundan ötrü onlar Uhan şəhər xəstəxanalarında fevralın birinci həftəsindən martın birinci həftəsinədək müddətdə yatmış pasiyentlərin xəstəlik tarixlərini təhlil ediblər.

Ümumilikdə xəstələrin sayı 1300 olub. Onlardan da 83-ü kritik vəziyyətdə olub. Həmin xəstələrdən yarısı mart ayında dünyasını dəyişib.

Sağalan və ölən xəstələrdə xəstəliyin gedişatını öyrənən tibb mütəxəssislər bir qeyri-adi, ümumi cəhəti qeyd ediblər: 83 pasiyentdən 72-ci (86%) təkcə pnevmoniyadan, yüksək hərarətdən və koronovirus infeksiyasının digər tipik simptomlarından yox, həm də bir sıra mədə-bağırsaq problemlərindən əziyyət çəkiblər. Alimlərin bildirdiyinə görə, 50% hallarda bu fəsadlar geridönməz olub, qalan xəstələrdə isə onlar sağalan kimi yox olub.