İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb


Dünya 28 Mar 2020 17:13:00 124 0

İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb

İranda yeni koronavirus(COVID 19) diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təhsil, Mədəniyyət və Araşdırma Akademik Mərkəzinin (Academic Center for Education, Culture and Research) direktor müavini Məhəmməd Rza Purabedi Fars informasiya agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranda koronavirus diaqnozu testlərinin çatışmazlığını nəzərə alaraq mərkəzin nəzdində fəaliyyət göstərən İranın Bioloji Ehtiyatlar Mərkəzi (Iranian Biological Resource Center ) və Motəmed İnstitutu (Motamed Cancer Institute) araşdırmalara başlamışdılar.

Purabedi əlavə edib ki, Motəmed İnstitutunun hazırladığı testlər istehsal olunur və Bioloji Ehtiyatlar Mərkəzinin testləri sınaq mərhələsindən keçib. Lazımi lisenziyalar alındıqdan sonra onun da istehsalına başlanacaq.

Qeyd edək ki, İran yeni koronavirusun diaqnozu testinin "COVIMED" adı altında istehsal olunduğunu bildirib.