Gəncədə sərxoş oğul atasını qətlə yetirdi


Digərləri 28 Mar 2020 16:50:00 142 0

Gəncədə sərxoş oğul atasını qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Yusif Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclası aprelin 15-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Gəncə şəhərində 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb.  Y. Dadaşov polis tərəfindən sərxoş vəziyyətdə saxlanılıb.