Pandemiya nə qədər davam edəcək?


Dünya 28 Mar 2020 16:56:00 132 0

Pandemiya nə qədər davam edəcək?

Harvard Qlobal Səhiyyə İnstitutunun direktoru Aşiş Ca koronavirus pandemiyasının 12-18 ay davam edəcəyini proqnozlaşdırıb.

Axar.az xəbər verir ki, CNN-ə açıqlamasında alim bu virusun 2-6 həftəyə ötüb keçən virus olmadığını bildirib.

"Bu, 2, 4 və ya 6 həftəyə ötüb keçən virus deyil. Bəxtimiz gətirsə, bu virusla 12-18 ay bu və ya digər formada yaşamağa məcbur olacağıq", - o deyib.

Ca bildirib ki, koronavirusa qalib gəlməyin yeganə yolu effektiv vaksinin tapılmasıdır.