“Kommunal xərclərin ödənilməsinə güzəştlər tətbiq edilməlidir” VİDEO


Digərləri 28 Mar 2020 16:39:00 139 0

“Kommunal xərclərin ödənilməsinə güzəştlər tətbiq edilməlidir”  VİDEO

Son günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələləsi müzakirə olunur. Buna səbəb koronovirus infeksiyasına yoluxmaq təhlükəsi qarşısında evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi, sudan daha çox istifadə etməsidir. Belə olan halda vətəndaşların bu istiqamətdə xərcləri artır. Digər tərəfdən bəzi vətəndaşların iş yerlərinin bağlanması və ödəniş etməkdə yaranan çətinlik məsələnin müzakirəsini xeyli dərəcədə aktuallaşdırır.

Son.az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Kommunal xərclərdə dövlətin dəstəyi olsa, yaxşı olar. İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, işləri dayanır, maaş ala bilmirlər, ona görə də belə bir şey olsa, çox yaxşı olar. Kommunal ödənişlər azalsa və ya bir neçə aylıq tələb olunmasa, daha yaxşı olar".

Sakin: "Əgər insanların evdə oturması tələb olunursa, dövlətin bu məsələdə dəstək verməsi çox yaxşı olardı. Karantin müddəti bitənə qədər güzəştlər edilsə, daha yaxşı olar".

Millət vəkilləri indiki vəziyyətdə vətəndaşların xərclərini yüngülləşdirməkdən ötrü hokumətin hazırlağı tədbirlər paketində kommunal ödənişlərdə güzəşt məsələsini zəruri hesab edirlər.

Fazil Mustafa - Milli Məlisin deputatı: "Mütləq kommunal güzəştlər olmalıdır. Adam işləyə bilmir, işləyə bilmirsə, güzəştli yanaşmaq lazımdır. Çünki vətəndaşın gəliri artıq əvvəlki səviyyədə deyil. Ona görə də burada mütləq hərtərəfli hamı bir-birinə anlayış göstərərək, müəyyən güzəştlərə nail olmaq vacibdir".

Koronovirusla mübarizə çərçivəsində insanlara evdə qalmaq tövsiyə edilir. O zaman kommunal xərclərdə güzəştə getmək əhali üçün sevidirici olar.