Moskvada koronavirusa yoluxanların sayı artdı


Dünya 28 Mar 2020 15:05:08 176 0

Moskvada koronavirusa yoluxanların sayı artdı

Martın 28-dək ölkə üzrə yoluxanların sayı 1 264 nəfərə çatıb.

Moskvada bir sutkada koronavirusa 114 yoluxma halı qeydə alınıb.

“Report” “RT”yə istinadən xəbər verir ki, məlumatı yerli operativ qərargah yayıb.

Bildirilib ki, martın 28-dək Moskada 817, Moskva vilayəti üzrə 36 yoluxma hadisəsi qeydə alınıb.

Məlumata əsasən, ötən sutka ərzində Rusiya üzrə 228 nəfər yoluxub. Martın 28-dək ölkə üzrə yoluxanların sayı 1 264 nəfərə çatıb.