Qazaxıstanda koronavirusa yoluxanların sayı 190 nəfəri keçdi


Dünya 28 Mar 2020 10:47:12 205 0

Qazaxıstanda koronavirusa yoluxanların sayı 190 nəfəri keçdi

Artıq respublikanın 14 bölgəsindən 10-da virusa yoluxma halları var

Qazaxıstanda koronavirusa yoluxma hallarının sayı 191-ə çatıb.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Ən çox yoluxma halı Nur-Sultanda qeydə alınıb.

Artıq respublikanın 14 bölgəsindən 10-da virusa yoluxma halları var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfərə yaxındır, 27 mindən çox adam isəvirus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.