Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı


Digərləri 28 Mar 2020 10:02:00 143 0

Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı

Milli Məclisin deputatlarının koronavirusa görə tibbi müayinədən keçməsinin nəticələri açıqanıb.

Son.az xəbər verir ki, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, tibbi müayinə nəticəsində deputatların heç birində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçib.