Koronavirusdan sonra 1 trilyon dollarlıq dəyərini qoruya bilən yeganə şirkət Microsoft oldu


Digərləri 28 Mar 2020 08:55:00 125 0

Koronavirusdan sonra 1 trilyon dollarlıq dəyərini qoruya bilən yeganə şirkət Microsoft oldu

Koronavirusun yayılması bir çox sahəyə zərbə vursa da, texnologiya sektoruna daha çox ziyan dəyir.

Son.az ted.az-a istinadən bildirir ki, Amazon, Feysbuk, Google və Apple-ın səhmlərində azalmalar müşahidə edilir. Microsoft isə ABŞ-da 1 trilyon dollarlıq dəyərini qoruya bilən yeganə şirkət olub.

Lakin istehsalı əsasən Çin və Hindistan kimi xarici ölkələrdən asılı olan Apple-da vəziyyət o qədər də ürəkaçan deyil. Çin və Hindistanda istehsalın dayandırılması ilə Apple, ən çox ziyan görən markalardan olub.