Feysbuk koronavirusdan nələr qazandı?


Digərləri 28 Mar 2020 08:46:00 145 0

Feysbuk koronavirusdan nələr qazandı?

Koronavirusla əlaqədar insanların məsafədən işləməsi başda Feysbuk olmaqla,bir sıra sosial şəbəkələrin istifadəçi sayını artırıb.

Son.az ted.az-a istinadən bildirir ki, Feysbukun yayımladığı göstəricilərə görə, şirkətə aid platformalardakı mesajların sayı 50% artıb. Messencer və WhatsAppla aparılan səsli danışıqların sayı isə 2 dəfə çoxalıb.

Hər gün yüzlərlə insanın koronavirusdan həyatını itirdiyi İtaliya sosial şəbəkələrdən istifadə sayına görə liderdir. Ölkə istifadəçilərinin vaxtlarının 70%-ni Feysbuk platformalarında keçirdikləri məlum olub. İtaliyadakı Feysbuk və İnstaqram canlı yayımlarının sayı da 2 dəfə artıb. Feysbuk virusla əlaqədar qrup danışıqlarının sayında da xeyli artım olduğunu bildirib.