Günün qoroskopu: səhhətin pisləşməsi, yorğunluq, depressiya halları mümkündür


Digərləri 28 Mar 2020 00:01:00 138 0

Günün qoroskopu: səhhətin pisləşməsi, yorğunluq, depressiya halları mümkündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - sizin üçün bu gün hansısa xoş, amma elə də ciddi olmayan münasibətlərin başlanması ilə əlamətdardır. Yeni tanışlıq romantikliyi ilə deyil, iş baxımından sərfəliliyi ilə seçiləcək. İdeyalarınızı, yaradıcı planlarınızı tezliklə həyata keçirmək istəyirsiniz. İstənilən, hətta çox əhəmiyyətsiz bir işi az qala ayin səviyyəsinə qaldırırsınız.

Buğa - qayğı və problemlərlə dolu gündür. Ciddi çətinliklərdən qorunmağın bir yolu var - adət etdiyiniz taktikadan əl çəkib, yenisini tətbiq edin. Bəli, improvizə, eksperiment, risk etməli olacaqsınız, amma belədə, mənfi tendensiyaların qarşısını ala, düşmənlərinizdən qurtula bilərsiniz. Şəxsi münasibətləriniz də gərgindir.

Əkizlər - çətin gündür. Müxtəlif problemlər, gözləntilərinizin doğrulmaması mümkündür. Bir neçə məsələni eyni zamanda həll etmək istəyir, amma heç birinin öhdəsindən gələ bilmirsiniz. Bu, ətrafınızdakıları güldürür, sizi isə əsəbləşdirir.  

Xərçəng - sizə elə gəlir ki, qarşınızda yaxşı perspektivlər açılır. Əlbəttə, həm maraqlı təkliflər alırsınız, həm yeni ortaqlar peyda olurlar, həm öz planlarınızı təyin edirsiniz. Amma daha diqqətlə baxdıqda, analiz etdikdə tamam başqa mənzərə görəcəksiniz. Çox güclü iradəsi və anlaşılmayan məqsədləri olan bir adam sizinlə köməksiz gəlincik, yaxud xırda bir uşaq kimi oynayır, idarə edir.

Şir - günün emosional fonu qeyri-sabitdir. Səhər çağı əsəbi olacaq, tez-tez özünüzdən çıxacaqsınız. Axşam isə əhvalınız düzələcək, səbəbsiz yerə sevinəcək və ətrafınızdakıların da başını qata biləcəksiniz.

Qız - yaxınlarınızla münasibət isə çox pisdir. Aşiq Qızların işi isə lap çətindir: şəbhələr, qısqınclıq onların ürəyini didir. Şəxsi məsələlərin həllində ötəri istəklərinizin, təsadüfi arzularınızın təsiri altında hərəkət edirsiniz - çox nahaq!

Tərəzi - mürəkkəb, gərgin, təzadlı gündür. Xoşbəxtlikdən, enerjiniz çoxdur, çətinliklərlə və bədxahlarınızla vuruşmaq üçün kifayət qədər qüvvəniz var. Üstəlik, ağlınıza güvənir və tez-tez düşmənlərinizi çaş-baş salan üsullardan istifadə edirsiniz.