Koronavirus hansı temperaturda ölür?


Digərləri 27 Mar 2020 23:39:00 146 0

Koronavirus hansı temperaturda ölür?

Dünyanın hər yerində elm adamları, həkimlər və mütəxəssislər Çin koronavirusunu necə dayandırmağın yollarını düşünürlər.

Hamıya məlumdur ki, "Covid-19" Çinin Uhan əyalətində peyda olub. Son.az ens.az-a istinadən bildirir ki, infeksiyanın quruluşunu analiz edən və koronavirusun hansı temperaturda daha aktiv ötürüldüyünü müəyyən edən də Çin alimləri oldu.

Və bu temperaturun +5 dərəcədən 8.7 dərəcəyə qədər olduğunu dəqiq olaraq öyrəndilər. Ancaq temperatur yüksəldikcə, infeksiyanın aktivliyi kəskin şəkildə azalır. +38 dərəcə hərarət olduqda 98 % nəm əlavə etsəniz, koronavirus öldürücü fəaliyyətini tamamilə itirir.

Lakin +22 dərəcə və 40-50% rütubət olduqda, koronavirus 5 günə qədər istənilən səthdə "yaşayır". Və bunlar mənzillərdə və yaşayış binalarında ən çox müşahidə olunan şərtlərdir. Buna görə, yaşayış yerlərini ölümcül bir infeksiyadan qorumaq üçün elm adamları aşağıdakıları tövsiyə edirlər: səthi müntəzəm olaraq spirtli antiseptiklər və ya xlorla silin və otağı mümkün qədər tez havalandırın.

Qeyd edək ki, alimlər koronavirusun yüksək temperaturdan ləğv olmasının, məsələn, hamama və ya saunaya getməklə tamamilə qurtula biləcəyiniz mənasını vermir. Çünki insan bədənindəki temperatur harda olmaqdan asılı olmayaraq, +36.5 dərəcədən +37 dərəcəyə qədər olur.