Ağcabədidə ev yanıb


Digərləri 27 Mar 2020 21:05:00 147 0

Ağcabədidə ev yanıb

Ağcabədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Ağcabədi rayonunun Qaravəlli kəndində ümumi sahəsi 165 m² olan evin yanar konstruksiyaları 85 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.