Azərbaycanda koronavirusa yoluxanlar TVlərə danışdılar VİDEO


Digərləri 27 Mar 2020 19:59:00 126 0

Azərbaycanda koronavirusa yoluxanlar TVlərə danışdılar  VİDEO

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Bakıdakı xəstəxanalardan birində, koronavirusa yoluxmuş şəxslərin saxlanıldığı Xüsusi təhlükəli infeksiya şöbəsindən reportaj hazırlayıblar.

Trend-in məlumatına görə, TV əməkdaşları xüsusi geyimlərlə şöbədəki xəstələrlə görüşüb, onlarla həmsöhbət olublar. Videosüjet AzTV-nin yeni layihəsi olan "#Evdəqal" verilişində yayımlanıb.

Qeyd edək ki, REAL TV də koronavirus xəstələrinin saxlanıldığı Xüsusi karantin xəstəxanasından reportaj hazırlayıb.

Son.az Trend-ə istinadən oxuculara həmin reportajları təqdim edir.