DİNdə "qaynar xətt" xidməti yaradılıb


Digərləri 27 Mar 2020 19:44:00 123 0

DİNdə "qaynar xətt" xidməti yaradılıb

Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən "qaynar xətt" telefon xidməti yaradılıb.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng etmək mümkündür.