Azərbaycanda prokurorlara yeni səlahyyətlər verilir


Digərləri 27 Mar 2020 17:24:00 178 0

Azərbaycanda prokurorlara yeni səlahyyətlər verilir

Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, "Məşğulluq haqqında" qanunun 4.6-4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulduğu hallarda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək.