Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”


Digərləri 27 Mar 2020 11:56:00 130 0

Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”

Koronovirusla bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 746 nəfər inzibati, bir nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında operativ gərargahın dünən keçirilən iclasında bildirib.

Nazir deyib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna giriş-çıxışın məhdudlaşdırılmasına baxmayaraq, bəzi vətəndaşlar postlara qədər maşınla, oradan isə piyada keçərək, Bakıya girməyə cəhd edirlər:

"99 nəfər barəsində konkret tədbirlər görülüb".