BVF Qırğızıstana koronavirusla mübarizə üçün 120 milyon dollar ayıracaq


Dünya 27 Mar 2020 08:54:00 103 0

BVF Qırğızıstana koronavirusla mübarizə üçün 120 milyon dollar ayıracaq

Beynəlxalq valyuta fondu (BVF) Qırğızıstana koronavirus ilə mübarizə üçün 120,9 milyon dollar ayırmasını təsdiqlədi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə fondun yaydığı açıqlamada bildirilir.

"BVF-nin İcra Şurası COVİD-19 virusunun yarada biləcək fəsadlara müqavimət göstərmək üçün ölkələrə təcili maliyyə yardımının təqdim edilməsi sorğusunu müsbət cavablandırır. Qırğızıstanın sorğusuna cavab 120,9 milyon dollar təşkil edir", - açıqlamada qeyd olunur.