Çində koronavirusa yoluxanların sayı 81,3 min nəfərə çatdı


Dünya 27 Mar 2020 06:04:00 177 0

Çində koronavirusa yoluxanların sayı 81,3 min nəfərə çatdı

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı daha beş nəfər artıb.

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı daha beş nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, ölkədə koronavirusa xaricdən yoluxmuş insanların sayı daha 54 nəfər, ümumilikdə isə 595 nəfərə qədər artıb.

Komitənin məlumatına görə, Çində koronavirusun yayılmasının başlanğıcından yoluxanların 91,6 faizi sağalıb. Son gün ərzində 537 nəfər sağalıb.

Ölkədə virusa yoluxanların ümumi sayı 81,3 min nəfərdən çoxdur, 3 292 insan pandemiyanın qurbanı olub.