Cennifer Lopez nişanlısı ilə bağlı gizli sirrini bölüşdü FOTO


Digərləri 26 Mar 2020 20:21:00 159 0

Cennifer Lopez nişanlısı ilə bağlı gizli sirrini bölüşdü  FOTO

Tanınmış müğənni Cennifer Lopez və beysbolçu nişanlısı Aleks Rodrigez məşhur "çelenc"də iştirak ediblər.

"Cosmopolitan"ın məlumatına görə, ulduzlar məzəli oyun formatında bir-birinə romantik münasibətlərini açıqlayıblar.

Sevgililər bir yerdə daha çox vaxt keçirmək üçün ev karantini imkanından istifadə ediblər. Onlar #coupleschallenge instamarafonuna qoşulublar. Cütlük gözləri bağlı halda bir-biri barədə gözlənilməz sualları cavablandırıblar.

Cennifer ilk olaraq özü Aleksi öpdüyünü deyib.  Eşqini ilk etiraf edən isə Rodrigez olub.

Beysbolçu Lopezin daha yaxşı yemək hazırladığını etiraf etsə də, səhərlər çox gec hazırlandığını vurğulayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, ulduzlar xəstələndikləri zaman uşaq kimi davrandıqlarını, əsəbi olduqlarını deyiblər.