Fransa millisinə çempionluq qazandıran məşqçi vəfat edib


Dünya 26 Mar 2020 20:04:00 122 0

Fransa millisinə çempionluq qazandıran məşqçi vəfat edib

Fransa milli komandasının sabiq baş məşqçisi Mişel İdalqo vəfat edib.

Son.az apasport.az-a istinadən bildirir ki, tanınmış mütəxəssis dünyasını 87 yaşında dəyişib.

Marseldə vəfat edən İdalqonun ailəsi bildirib ki, onun ölümü yayılan koronavirus pandemiyası ilə bağlı deyil. O, üç il öncə vəfat edən dostu əfsanəvi Raymon Kopanın ölümündən sonra heç cür özünə gələ bilməyib.

Futbolçu kimi "Havr", "Reyms" və "Monako"da, həmçinin Fransa yığmasında çıxış etmiş İdalqo 1966-cı ildə karyerasını bitirib. Sonradan "Monako"nun əvəzedici komandasında baş məşqçi, Fransa millisində köməkçi kimi çalışıb. 1976-84-cü illərdə ölkəsinin əsas yığmasına rəhbərlik edən İdalqo Fransaya ilk titulunu Avropa çempionu adını qazandırıb. 1986-1991-ci illərdə "Marsel"də çalışan mütəxəssis 3 dəfə ölkə çempionu olub.