Koronavirusun hamilə qadınlara və yeni doğulanlara necə təsir edir?


Digərləri 26 Mar 2020 16:36:00 144 0

Koronavirusun hamilə qadınlara və yeni doğulanlara necə təsir edir?

Koronavirusun hamilə qadınlara və onların dünyaya gətirəcəkləri körpəyə hansı formada təsir etdiyi açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci mama-ginekologiya şöbəsinin müdiri, uzman Turab Canbaxışov bildirib ki, indiyədək dünyada 18 hamilə qadın koronavirusa yoluxub. Onların nə özündə, nə də dölündə ağır fəsad yaranmayıb:

"Koronavirusa yoluxan hamilələrin bətnindəki döldən və döl maye suyundan nümunələr götürülüb və heç birində koronavirus aşkarlanmayıb. Onların bəziləri artıq doğuşunu həyata keçirib, bəzilərinin isə hamiləliyi davam edir. Hamiləlik keçirənlərin döllərində də bir problem aşkarlanmayıb. Koronavirusa yoluxmuş hamilə qadınlar hətta uşaq doğulduqdan sonra südünü körpələrinə verməlidirlər. Çünki süddə heç bir koronavirus aşkar edilməyib, digər tərəfdən süd körpələrin qidalanması isə çox vacibdir".

Həkim tövsiyə edib ki, hamilə qadınlar və yaxınları yaranmış hazırki vəziyyətdən panikaya düşməsinlər.