Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub


Dünya 26 Mar 2020 16:18:00 153 0

Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub

Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib ki, artıq ölkədə məktəblilər də koronavirusa yoluxub.

"Artıq məktəblilərdə də koronavirus aşkarlanıb. Mən onların dəqiq sayını bilməsəm də, məktəblilər özlərini yaxşı hiss edirlər, həyati təhlükələri yoxdur", - Səhiyyə naziri vurğulayıb.

O qeyd edib ki, bir həkim və təcili tibbi yardımın bir nəfər sürücüsü də koronavirusa yoluxub.