Rumıniyanın səhiyyə naziri COVİD-19-a görə istefa verdi


Dünya 26 Mar 2020 14:46:18 116 0

Rumıniyanın səhiyyə naziri COVİD-19-a görə istefa verdi

Rumıniyanın Səhiyyə naziri Viktor Kostaçe ölkədə yayılan koronavirus pandemiyası səbəbindən istefa verib.

© google

Rumıniyanın səhiyyə naziri Viktor Kostaçe ölkədə yayılan koronavirus pandemiyası (COVID-19) səbəbindən istefa verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölkənin yeni naziri vəzifəsinə onunmüavini Nelu Tataru təyin edilib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqına üzv olanölkələrdəki xəstəxanalarda tibb işçiləri üçün qoruyucu vasitələrin azlığı son zamanlar müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, martın 16-da fövqəladə vəziyyət elan edilən Rumıniyada bu günə qədər 906 koronavirusa yoluxma faktı qeydə alınıb, 13 nəfər dünyasını dəyişib.