Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu


Dünya 26 Mar 2020 12:56:00 125 0

Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu

Koronavirusa yoluxan ilk şəxsin kimliyi artıq müəyyən olunub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Vey soyadı olan qadın Uhan şəhərində "Hunan" bazarında canlı xərçəng satıcısı işləyib. 2019-cu ilin dekabrın 11-də naməlum səbəbdən onun temperaturu yüksəlib və o, klinikaya müraciət edib.

Satıcının sözlərinə görə, adətən, soyuqdəymə zamanı o, xəstəxanaya müraciət edir, orada ona iynə vurulur, səhəri isə onun vəziyyəti düzəlirdi.

Lakin həmin vaxt hətta iki iynə belə ona kömək etməyib. Dekabrın 16-da Vey Xuaçjun Elm və Texnologiyalar Universitetinin "Sehe" xəstəxanasına müraciət edib.

Sonradan məlum olub ki, o, "Hunan" bazarında koronavirusa yoluxduğu təsdiqlənmiş ilk şəxsdir. Ehtimal edilir ki, məhz bu bazar infeksiyanın yayılmasının mənbəyi olub. Lakin mütəxəssislər hələ də müəyyən edə bilməyib ki, virus necə və hansı vəziyyətdə daşıyıcı heyvandan insana keçə bilib.