Kral və kralıça karantinə alındı


Dünya 26 Mar 2020 12:31:50 134 0

Kral və kralıça karantinə alındı

Qeyd edək ki, pandemiyay başlayandan ölkədə 1 796 nəfər koronavirusa yoluxub, onların 21 nəfər ölüb, 199-u isə sağalıb.

Malayziyanın kralı sultan II Abdullah Riyatuddin əl-Mustafa və kralıça Əzizə Aminə Maymun İskəndəriyə koronavirus testindən keçdikdən sonra karantinə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Kral sarayının bürosu yayıb.

Bildirilib ki, kral sarayında işləyən 7 nəfərdə virus aşkar edildikdən sonra kral və kralıçada testdən keçirilib: “Onların testinin nəticəsi mənfi olsa da, bununla belə martın 25-dən kral və kralıça 14 gün karantində saxlanılacaq”.

Qeyd edək ki, pandemiyay başlayandan Malayziyada 1 796 nəfər koronavirusa yoluxub, onların 21 nəfər ölüb, 199-u isə sağalıb. Kütləvi yoluxma fevralın 27-dən martın 3-dək ölkə paytaxtı Kuala-Lumpurdakı məscidlərdən birində keçirilən mərasimdə baş verib. Həmin mərasimdə 16 min nəfər iştirak edib.