Uşaq 16 saat koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb


Dünya 26 Mar 2020 12:29:00 154 0

Uşaq 16 saat koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb

Azyaşlı uşaq 16 saat ərzində koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Corciya ştatında qeydə alınıb.

Məlumata görə, "Piedmont Newnan" xəstəxanasında mama-ginekoloq kimi çalışan 42 yaşlı qadın evində ölü tapılıb. Ölümündən əvvəl onun COVID-19-a yoluxmaya görə, verdiyi testin cavabı pozitiv çıxıb.

Baş vermiş hadisə ilə əlaqədar tibb müəssisəsinin bütün işçiləri və pasiyentlər yoluxma riski ilə bağlı xəbərdar ediliblər.

O da vurğulanıb ki, ölən qadın COVID-19 xəstələri ilə təmasda olmayıb.