Gəncədə xəstə qadın özünü öldürmək istədi


Digərləri 26 Mar 2020 12:07:00 158 0

Gəncədə xəstə qadın özünü öldürmək istədi

Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 1960-cı il təvəllüdlü  Rəcəbova Məxmər Əhməd qızı yaşadığı evdə həyatına qəsd etmək məqsədi ilə sirkə turşusu içib.

O, şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Hazırda  ağır koma vəziyyətindədir. M.Rəcəbovanın ürək və sinir xəstəliyi nəticəsində keçirmiş olduğu psixoloji sarsıntı nəticəsində özünü öldürmək istədiyi bildirilir.