Britaniyada koronavirusdan ölənlərin sayı 465 nəfərə çatıb


Dünya 26 Mar 2020 09:11:00 126 0

Britaniyada koronavirusdan ölənlərin sayı 465 nəfərə çatıb

Böyük Britaniyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 465 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, son sutka ərzində İngiltərə, Şimali İrlandiya, Uels və Şotlandiyada 43 ölüm halı qeydə alınıb.

Bildirilir ki, ötən gün ərzində 1452 nəfər koronavirusa yoluxub, yoluxanlar ümumi sayı 9529 nəfərə çatıb.