Levandowski günahını etiraf etdi: O sənədləri mən oğurlamışam


Digərləri 26 Mar 2020 08:51:00 159 0

Levandowski günahını etiraf etdi: O sənədləri mən oğurlamışam

Uber şirkətində avtonom maşınların istehsalına rəhbərlik edən Anthony Levandowski Google şirkətinə məxsus məxfi məlumatları oğurladığını etiraf edib.

Son.az ted.az-a istinadən bildirir ki, o, öz ifadəsində bildirib ki, Uber Technologies şirkətinə gəlmədən öncə, keçmiş iş yeri Google-a məxsus bir neçə məxfi informasiyanın əks olunduğu sənədləri də oğurlayıb.

İstintaqçı qrup Levandowskiyə bu etirafı qarşılığında həbs cəzasını 30 ay azalacağını bildiriblər.

Qeyd edək ki, 2017-ci ildə Google və Waymo şirkətləri keçmiş əməkdaşı Lewandowskini şirkətə məxsus məxfi məlumatları oğurlamaqda günahlandırıb.