Günün qoroskopu: Güzəştlərə getmək gərəkdir


Digərləri 26 Mar 2020 00:01:00 167 0

Günün qoroskopu: Güzəştlərə getmək gərəkdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - tərəfdaşlar, rəhbərlik və ya rəqiblərin reaksiyasının dəqiqləşdirilmədiyi məkanlarda aktiv olmayın. Şəraitə uyğun davranın, çalışdığınız layihələrin təfərrüatlarına daha çox diqqət yetirin. Avantüraları istsina edin. Konstruktiv əsası olan məsələlərə daha çox fikir verin.

Buğa - işlərinizi artırmayın, izafi öhdəliklər götürməyin. Belədə tez yorula bilərsiniz. Prioritetləri müəyyənləşdirin və əvvəllər yerinə yetirə bilmədiyiniz işlərin öhdəsindən gəlmək şansını dəyərləndirin. Ünsiyyətdə məhdudiyyət yoxdur. Maraqlı şəxslərlə danışıqlar aparın. Müzakirələr və sövdələşmələr üçün əlverişli gündür.

Əkizlər - dostlar məsləhəti, yardım və ya köməklə dadınıza çata bilər. Qəfil an olsa da, yetərli effektə nail olmaq üçün şansdan yararlanın. Emosional narazılıq, təşviş sizi təbdən çıxara bilər. Alış-veriş uğurlu olmayacaq, pulların mənasız sərfiyyatına çevriləcək.

Xərçəng - cari situasiyanın sizdən tələb etdiyi məqamları dürüst hesablayın. İşdə həmkarlarla münasibətlərdə gərginlik yaratmayın, problemi çözməyin yolunu tapın. Emosiyalarınızı gərərək əlavə problemlər yaratmayın. Tələskənlik etməyin, hövsələsiz davranmayın. Təmkinli və soyuqqanlı olun. Vaxtınızı əsassız xülyalara sərf etməyin, ciddi işlərlə məşğul olun.

Şir - yaşanacaq hadisələrə süni təkan verməyin. Olaylar öz məcrasında, spontan şəkildə inkişaf etsin. Cavab reaksiyasını ləngitməyin. Aktiv olun, enerjili fəaliyyət göstərin. Tələskənlik, hövsələsizlik etməyin. Yalnız öz maraqlarını düşünərək yaxın ətrafınızdakı insanların mənafelərini heçə saymayın.

Qız - Kollektiv işə töhfəniz ciddi ola bilər. Məqsədi dəqiqləşdirin, rolunuzu dəqiq yerinə yetirin. Bundan sonrakı fəaliyyətinizin istiqamətləri müəyyənləşir. Yeni informasiya, suallara cavablar peyda olur. Axşam saatlarında sakit məşğuliyyəti seçin, istirahət edin. Səhhətinizə fikir verin.

Tərəzi - günün ilk yarısında yaradıcılıq potensialı yüksəkdir. Əvvəllər çözə bilmədiyiiz bir neçə problemi asanlıqla həll edəcəksiniz. Məsləhət və göstərişləriniz yaxın ətrafınızdakı insanların xoşuna gələcək. Yeni müttəfiq və tərəfdaş tapmaq şansı var. Günün yaratdığı imkanlardan yararlanmaq üçün səy göstərmək gərəkdir.