Ev şəraitində antiseptik


Digərləri 25 Mar 2020 21:21:00 288 0

Ev şəraitində antiseptik

Hazırkı epidemiya şəraitində dezinfeksiyaedici məhsullara tələbat artmışdır.

Lakin bəzən aptek və marketlərdə qıtlıq yaşaır. Bundan əlavə, o qədər də ucuz olmadığı halda qoxusu və təsiri tez dağılır.

Son.az medicina.az-a istinadən bildirir ki, bütün bunları nəzərə alaraq özünüz bir problem olmadan məhlul hazırlaya bilərsiniz.

1. Tibbi spirt (99% gücü) - 200 ml; Aloe vera gel məhlul - 200 ml; Efir yağı - bir neçə damla.

99% spirt ala bilmirsinizsə, 70% də istifadə edə bilərsiniz.

Efir yağı zövqünüzə görə seçilə bilər - evkalipt, lavanda və s.

Təmiz bir qabda, yuxarıda göstərilən bütün vəsaitləri qatılaşana qədər qarışdırmalısınız.

İstəsəniz, məhlulu distillə edilmiş su ilə bir az durulaşdıra da bilərsiniz Təmiz bir şüşəyə tökün. Lazım olduqda istifadə edin. 2. Tibbi spirt - 100 ml; Dərini yumşaltmaq üçün qliserin - 50 ml.