Özbəkistanda koronavirusla bağlı rəsmi portal yaradılıb


Dünya 25 Mar 2020 21:16:00 119 0

Özbəkistanda koronavirusla bağlı rəsmi portal yaradılıb

Özbəkistanda koronavirusla bağlı rəsmi coronavirus.uz portalı yaradılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Özbəkistanın Səhiyyə Nazirliyinin yaratdığı portalda ölkədə və dünyada koronavirusla bağlı son məlumatlar yer alacaq. Saytda oxucular, həmçinin həkimlərin bu virusdan qorunmaq ilə bağlı məsləhətləri ilə də tanış olacaqlar.

Bundan başqa, Səhiyyə Nazirliyi koronavirusla bağlı 1003 qısa nömrəli sorğu mərkəzi yaradıb. Sutka ərzində bu nömrəyə zəng edib müvafiq informasiyalar almaq olar. Adamlar bu nömrədən koronavirusla əlaqədar müalicədə olan və karantinə yerləşdirilən qohumlarının vəziyyətini öyrənə bilərlər.