Ukraynada karantin dövrü aprelin 24dək uzadılıb
Dünya 25 Mar 2020 18:36:00 126 0
Ukrayna Nazirlər Kabineti koronovirusla bağlı karantin dövrünü uzadıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Nazirlər Kabineti bu gün keçirdiyi iclasında Ukraynada karantin dövrünü aprelin 24-dək uzadıb.
"Biz Ukraynada karantin və fövqəladə vəziyyəti daha 30 gün, aprelin 24-dək uzatdıq, ancaq bu müddət yenə də uzadıla bilər", - deyə Baş Nazir Denis Şmıqal deyib.
Qeyd edək ki, Ukraynada artıq 113 insan koronavirusa yoluxub. Ukraynanın 13 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan isə 4 nəfər həyatını itirib.
Mənbə: milli.az