Hansı daha təhlükəlidir koronavirus, yoxsa hantavirus?


Digərləri 25 Mar 2020 18:18:00 129 0

Hansı daha təhlükəlidir  koronavirus, yoxsa hantavirus?

Neyrofiziologiya sahəsində mütəxəssis, alim Simayya Şeyk Twitter hesabındakı açıqlamasında hantavirusun insandan-insana keçməsini nadir hal adlandırıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimin sözlərinə görə, bu virusun törətdiyi xəstəlik hələ ötən əsrin ortalarında, Koreya müharibəsi zamanı yaranıb. Şeyk əmin edib ki, hantavirus əleyhinə peyvənd var və buna görə panika yaratmağa gərək yoxdur.

​Uhan Universitetinin virusoloqu Yan Çjantszyu isə hantavirusdan ölən çinlinin olduğu avtobusdakı insanların da bu mərəzə yoluxma ehtimalının çox az olduğunu bildirib.

"COVID-19-dan fərqli olaraq hantavirus əksər hallarda nəfəs yolları ilə yayılmır", - Global Times-a müsahibə verən Çjantszyu əmin edib.

Ancaq onun sözlərinə görə, virus yoluxmuş insanlardan digərlərinə ifrazat və qan vasitəsilə keçə bilər.

Virusoloq bildirib ki, hantavirusa görə narahat olmaq lazım deyil, çünki onun yaratdığı xəstəlik profilaktika və nəzarət oluna bilir. Bundan başqa, şəhərlərdə hantavirusun yayılma dərəcəsi də azdır, daha çox kəndlərdə rast gəlinir.

Hantavirus böyrək, qaraciyər və digər daxili orqanları zədələyə, eləcə də titrətmə və geniş qanaxma yarada bilər.