Səma555 MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10 000 manat ianə edib


Digərləri 25 Mar 2020 18:09:00 196 0

Səma555 MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10 000 manat ianə edib

Norm Sement distribütor şirkətlərini və əməkdaşlıq etdiyi bütün şirkətləri hazırda bütün dünyanın, o cümlədən, ölkəmizin mübarizə apardığı pandemiyaya qalib gəlmək məqsədilə həmrəyliyə dəvət edib, onları iş yerlərində və yerləşdikləri ərazidə mövcud virusdan qorunma qaydalarının təbliğinə çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, Norm-un çağırışına qoşulan şirkətlərdən biri də şirkətin rəsmi distribütoru Səma-555 MMC olub. Distribütor şirkətin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat ianə etməklə əsl vətəndaş mövqeyi nümayiş etdirib.

Səma-555 şirkəti virusa yoluxmanın qarşısınının alınması üçün nəzərdə tutulan qaydalara iş yerlərində riayət etməklə yanaşı, dilerlər şəbəkəsinin də lazımi qaydada məlumatlandırılması, dezinkeftə edici vasitələrlə və tibbi maskalarla təmin edilməsi üçün aktiv fəaliyyətə başlayıb.

Səma-555 MMC özünüzün və ətrafdakı insanların sağlamlığı üçün hər birinizi bu mübarizəyə qoşulmağa, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlim və tövsiyələrinə əməl etməyə, yaşlı insanlara dəstək olmağa, sosial məsafə qaydalarını həyatınızda təbiq etməyə çağırır.