Koronavirusun müalicəsində bu dərman ölümə səbəb ola bilər


Digərləri 25 Mar 2020 16:18:00 196 0

Koronavirusun müalicəsində bu dərman ölümə səbəb ola bilər

"Xloroxin" (Chloroquinum) dərman preparatı yeni tip koronavirusun müalicəsində ölümcül təhlükəlidir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Banner Health" qeyri-kommersiya səhiyyə təşkilatının saytında dərc olunan press-relizdə məlumat verilib.

Məlumatda vurğulanıb ki, koronavirusa yoluxma zamanı malyariyanın müalicəsi və qarşısının alınması üçün nəzərdə tutulan "xloroxin"i qəbul etmək yolverilməzdir.

"İnsanların infeksiyanın qarşısını almaq və ya müalicə etmək üçün yeni yollar axtarmağa çalışdıqlarını başa düşürük, ancaq özünümüalicə bu problemi həll etmir", - deyə ABŞ-ın Arizona ştatının Feniks şəhərindəki tibb mərkəzinin direktoru Daniel Bruks bildirib.

Xəbərdarlıq 60 yaşlı cütlüyün tərkibində "xloroxin" olan dərmanı qəbul etməsindən sonra dərc olunub. Onlar Donald Trampın iştirak etdiyi mətbuat konfransında bu dərmanın faydası barədə eşidiblər. Bu vaxt yadlarına düşüb ki, akvariumu təmizlədikləri vasitənin tərkibində "xloroxin" var. Cütlük ibtidai tədbir kimi bu preparatdan az miqdarda qəbul edib.

"Biz koronavirusa yoluxmaqdan çox qorxurduq", - deyə qadın etiraf edib. Onun sözlərinə görə, dərman qəbul etdikdən 20 dəqiqə sonra halları pisləşib. 

"Mən qusmağa başladım, yoldaşımın isə nəfəs almasında problem yarandı", - deyə qadın bildirib.