Gürcüstanda həkim koronavirusa yoluxdu, klinika bağlandı


Dünya 25 Mar 2020 14:36:00 153 0

Gürcüstanda həkim koronavirusa yoluxdu, klinika bağlandı

Gürcüstanda klinikalardan birində ultrasəs müayinəsi həkimində yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.

Son.az-ın APA-ya istinadən məlumatına görə, həkim martın 14-də ABŞ-dan Gürcüstana qayıdıb və iki gün boyunca xəstələri qəbul edib. Bundan başqa onun klinikanın 140-dan çox əməkdaşı ilə təmasda olduğu müəyyən edilib.